Поиск по этому блогу

вторник, 17 мая 2011 г.

“Azərbaycan EL” Hərəkatı təsis edildi


Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik (RATİ) İnstitutunda mətbuat konfransı keçirən bir qrup gənc “Azərbaycan EL” hərəkatını yaratdıqlarını bəyan edilblər. 

Hərəkatın adı ilə bağlı danışan gənc fəal Ağasəf Şakiroğlu ölkə həyatında ictimai-siyasi fəaliyyətlə məşğul olan və olmayan gəncləri məhz ölkədəki ictimai-siyasi durumun bir araya gətirdiyini deyib. Məmur özbaşınalığı, evsizlik, işsizlik, ağır sosial-iqtisadi durum, seçkilərin saxtalaşdırılması, insan haqlarının tapdanması gənclərin bir araya gəlməsinin səbəbləri sırasında qeyd edilib. Bununla yanaşı, gənclər mart-aprel aylarından artan vətəndaş fəallığına hakimiyyətin repressiyalarla cavab verməsi, siyasi məhbusların sayının artması, qanunun aliliyinin təmin edilməməsi bu səbəblər sırasında göstərilib.

Hərəkatın fəaliyyət istiqamətlərinə gəlincə, gənclər vətəndaşların ölkənin ictimai-siyasi həyatında fəallığını, vətəndaş cəmiyyətinin inkişafına yardım, vətəndaşları hüquqları uğrunda mübarizəyə cəlb etmək və s. yönlərdə çalışacaqlarını bildiriblər.

Bununla yanaşı, hərəkat bütün ictimai-siyasi qüvvələrlə bərabərtərəfli qaydada əməkdaşlıq etməyi qərara alıb.

Tədbirə qatılan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu gəncləri təşkilatlanmağa, bu məsələdə İnternet resurslarından səmərəli istifadə etməyə çağırıb. Partiya sədri daha uğurlu mübarizə apara bilmək üçün gəncləri bütün partiyalarla müəyyən məsafə saxlamağa və keçmişin səhvlərini təkrar etməməyə çağırıb.

Bir sıra natiqlər isə bu gün ölkənin 1 nömrəli problemi kimi sosial-iqtisadi problemləri yox, vətəndaş hüquqsuzluğunu, müstəqil məhkəmə sisteminin olmamasını, polis özbaşınalığını göstəriblər. Bütün natiqlər gənclərə ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıblar.

понедельник, 9 мая 2011 г.

AĞASİF ŞAKİROĞLU PROKURORLUQDA BEŞ SAAT DİNDİRİLİB

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlunun köməkçisi Ağasif Şakiroğlu dünən Bakı Şəhər Prokurorluğunda beş saat dindirilib.
İctimai Palatanın (İP) üzvü olan A.Şakiroğlundan 2 aprel mitinqində iştirakının səbəbləri, İP-lə əlaqəsinə dair suallar verilib.
Leyla İLQAR