Поиск по этому блогу

воскресенье, 26 июня 2011 г.

Dövlət ali təhsil müəssisələrində ödəniş haqlarının artırılması ilə bağlı Azərbaycan EL Hərəkatı etiraz bəyanatı verib. Bəyanatda deyilir:


“Bu qərar faktiki olaraq vətəndaşları təhsil almaq hüququndan məhrum edir”

Azərbaycan hökuməti vətəndaşların təhsil almaq imkanlarını zərbəə altında qoyaraq dövlət ali məktəblərində ödənişlərin artırılmasına qərar verib. Yeni tədris ilindən etibarən dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrimiz bir neçə qat artıq vəsait ödəməli olacaqlar. Fakultələrdən asılı olaraq təhsil haqları 300 manat 1500 manat arası artıb. Hazırda ölkədə ən aşağı təhsil haqqı 900 manat, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.
Azərbaycanda dövlət ali məktəblərində təhsil alan tələbələrin 60 faizə qədəri ödənişli əsaslarla təhsil alır. Ölkədə orta aylıq əmək haqqının 300 manat civarında olduğunu nəzərə alsaq, bu 60 faizə qədər tələbənin təhsil haqlarını ödəməkdə nə qədər çətinlik çəkdiyini aydın təsəvvür etmək olar. İndi onların çətinliyi hökumətin məsuliyyətsiz qərarı ilə daha da artmış olacaq.
Maliyyə imkanlarının genişliyi ilə öyünən bir hökumətin, guya büdcə gəlirlərinin artımı qayğısına qalırmış kimi, xüsusən də əhalinin imkansız təbəqəsinə ağır zərbə olan qərara qol qoyması heç bir mənəvi prinsipə sığmır. Hökumət bu qərarı ilə onsuz da tam keyfiyyətli təhsil verə bilmədiyi vətəndaşlarının ali məktəblərə qəbulunun qarşısında ciddi maneə yaratmış olur. Bu qərar faktiki olaraq vətəndaşları təhsil almaq hüququndan məhrum etmək deməkdir.
Neft gəlirlərini insan kapitalına çevirməyə başladığını bəyan edən hökumət əlbəttə ki, təhsilə, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin təhsil ala bilməsi qayğısına qalmalıdır. Lakin indiki halda Azərbaycan hökuməti öz bəyanatlarının əksinə olaraq, təhsilin keyfiyyəti qayğısına qalmır, üstəlik lüzumsuz ödəniş artımı ilə vətəndaşların ali məktəblərə yolunu da bağlayır.
Hökumət bu qərarla büdcə vəsaitlərinin qayğısına qalmaq, yaxud tahsil müəssisələrinin maliyyələşmə imkanlarını artırmaq istədiyini iddia edə bilməz. Çünki belə bir istək olsaydı, məmurların dövlətdən milyonlarla vəsaiti oğurlamasının qarşısı alınar, büdcə pulları hər hansı perspektiv faydası olmayan təmir-tikinti layihələrinə real dəyərindən dəfələrlə artıq məbləğdə rəsmiləşdirilməklə xərclənməzdi. Hökumət öyündüyü geniş maliyyə imkanlarından təhsil müəssisələrinin duyduqları zəruri ehtiyacları ödəmək üçün yararlanardı.
Azərbaycan EL Hərəkatı dövlət ali məktəblərində təhsil haqlarının artırılması qərarını qətiyyətlə pisləyir və hökuməti öz qərarına yenidən baxmağa çağırır.

Ağasif ŞAKİROĞLU hərbçilərimizi təbrik etdi!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 93 il əvvəl müntəzəm hərbi birləşmələrin yaranması barədə qərar qəbul etmiş və Azərbaycan Ordusu yaradılmışdır. Bu Ordu Azərbaycanın ərazi bütövlüyü uğrunda Xosrov bəy Soltanov və Fətəli Xan Xoylunun rəhbərliyi altında böyük  rəşadətlər göstərmişdir.
Azərbaycan Respublikası Dövlət Müstəqilliyini ikinci dəfə bərpa edərkən 1992-ci ilin 9 oktyabrında ilk nizami hərbi birləşməsini yaradaraq, Azərbaycan Silahlı Qüvvələrini bərpa etmişdir. Bu ordu da varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələri kimi, rəşadətli döyüş yolu keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bu bayram münasibətilə təbrik edir, hazırda işğal altında olan torpaqlarımızda qələbə marşı oxumağı arzu edirəm. Bunun üçün lazım olan yüksək döyüş hazırlığına, intizama və xidmət şəffaflığına bir gün nail olacağımıza inanıram.
Bir daha Sizi təbrik edir, döyüşçü şərəfinizi daim qorumağı arzu edirəm........

Böyük Hörmət və Ehtiramla:
Azərbaycan EL Hərəkatının həmsədri Ağasif ŞAKİROĞLU


среда, 15 июня 2011 г.

Polisin qadına qarşı Zorakılığı

Polis qadını yerə yıxıb - 2 aprel İctimai Palatanın mitinqində:

"HƏDƏF" Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu həbs edilən zaman (3 avqust 2009-cu il)

  Nərimanov rayon Məhkəməsindən:


3 avqust 2009-cu i

вторник, 7 июня 2011 г.

“Azərbaycan El” hərəkatının lideri, Hüquq Müdafiəçisi Ağasif Şakiroğlu təcridxanadan xəstəxanaya köçürüldü

Xəbər vardiyimiz kimi may ayının 22-də keçirilən bulvar aksiyasında “Azərbaycan El” hərakatının iki lideri polis tərəfindən saxlanılmışdı. Səbael rayon məhkəməsinin qərarı ilə "Azərbaycan EL" Hərəkatının təsisçisi, Hüquq Müdafiəçisi Ağasif Şakiroğlu 7, "Azərbaycan EL" Hərəkatının başqa bir təsisçisi Emin Fərhadi isə 8 sutka həbs olunmuşdu."Azərbaycan EL" Hərəkatının lideri Ağasif Şakiroğlunun vəkili Əsabəli Mustafayevin verdiyi məlumata görə Ağasif Şakiroğlunun səhətində problemlər yaradığı üçün o, müvəqqəti saxlanma təcridxanasından xəstəxanaya köçürülüb: “Onlar aksiya zamanı həbs olunarkən polis zorakılığı ilə üzləşmişdilər. İndi Ağasif bəyin səhətinin pisləşməsi ola bilsin həmin təzyiqlərin təzahürüdür. Çünki mən onunla görüşəndə təzyiqə məruz qaldığını və ilkin tibbi yardım aldığını demişdi. Gənclərin Apelyasiya şikayətini hazırlayıram. Vaxt etsəm onlarla görüşəcəyəm”.