Поиск по этому блогу

пятница, 22 июля 2011 г.

Hüquq Müdafiəçisi, Azərbaycan EL Hərəkatının həmsədri Ağasif Şakiroğlunun 7GUN.az xəbər saytına müsahibəsi:

Ağasif ŞAKİROĞLU: “Azərbaycan vətəndaşı öz taleyinə biganə yanaşır”
- Son vaxtlar paytaxtda bir neçə aksiya keçirildi və gənclər bu aksiyalara dəstək verdilər. Sizin bu mitinqlərə münasibətiniz necədir?

- Bütün normal, sivil ölkələrdə, məsələn Avropa ölkələrində hər gün mitinq olur. Tutaq ki, “Euronews”da xəbərlərə baxırsan, Almaniyada çevrəçilər bir mitnq edir və yaxud da ki, İngiltərədə solçular mitinq edir. Azərbaycan çox vaxt belə fikir formalaşdırırlar ki, mitinq etmək anormal bir şeydir. Niyə axı mitinq normal sayılmasın? Mən bütün mitinqlərə, solçular, dindarlar fərqi yoxdur, hamısının mitinq etməsinə normal baxıram. Kim isə öz haqqını tələb edirsə, bu normal bir şeydir. Hər bir insanın öz fikrini ifadə etməsi azadlığı var. Hər bir vətəndaşda bu hüququndan istədiyi formada yararlanmalıdır. Biz axı demokratik respublikada yaşayırıq...

-Həmsədri olduğunuz Azərbaycan EL Hərəkatı Azərbaycanda son vaxtlar baş verən mitinqlərdə nə dərəcədə fəaldır?

- Biz El Hərəkatı olaraq bu gün keçirilən mitinqləri tam olaraq dəstəkləyirik, amma Hərəkat olaraq iştirak etmirik. Biz öz qüvvəmizi sentiyabr ayına saxlamışıq. Amma mən özüm istər 11 mart, istər 12 mart həmçinin 2-17 aprel və sonuncu 19 iyun aksiyalarının hamısında Hüquq Müdafiəçisi kimi iştirak etmişəm. Hüquq Müdafiəçisi kimi monitorig apardığım zaman hətda həbsdə olunmuşam, cərimədə olunmuşam. Bu da ölkədə olan bir anormal vəziyyətdən xəbər verir. Hətda mən mitinq iştirahçısı olmadığım halda mənim üzümə məni tutmayan polisləri qoyub məni 40-50 nəfərin başçısı kimi məhkəmədə təqdim ediblər.

- Təmsil etdiyiniz Hərəkatın bu mitinqlərdə sizin Hüquq Müdafiəçisi kimi iştirakınıza hansısa məhdudiyyət qoyan qüvvələr olubmu?

- Xeyr. Bizim Hərəkatda belə problemlər olmayıb və olada bilməz.

Biz də olan məlumatlara görə Azərbaycan El Hərəkatının həmsədrlərindən biri naməlum formada istefa verib. İstefanın səbəbi kimi də bildirib ki, Azərbaycan EL Hərəkatı İP-nın təyin etdiyi aksiylarda iştirak etməməlidir! Hərəkatda həmin şəxsi həmsədrlikdən uzaqlaşdırıb. Bunlar yalandı?

Bilirsiniz mən əvvəl sizing suala tam olaraq cavab vermişəm. Azərbaycan EL Hərəkatı İP-nın aksiyalarında heç bir qrupla və ya kalonla iştirak etməyib. Söylədiyim kimi biz öz gücümüzü Payıza saxlamışıq. Əgər biz Hərəkat halında iştirak etməmişiksə onda belə problemdə ola bilməzdi. Həmsədrlərdən birinin getməsinə gəldikdə isə bəli belə hall olub. Onunda öz istəyini nəzərə almışıq.

Kim Gedib?

ADP-nın Gənclər təşkilatının Baş Kordinatoru Emin Fərhadi. Onuda biz çıxarmamışıq. Müəyyən səbəbləri olub, oturub söhbət etmişik və onun bizimlə gedə biləcəyi yolun burda bizdən ayrıldığını müşahidə etdiyimizdən qərara gəldik ki, yollarımızı ayıraq. Belədə oldu. Bu günün gəncləri yüksək həyat yaşamaq istəyirlər. Biz kimisə və ya kimlərisə bu istəyindən daşındıra bilmərik.

- Azərbaycan EL Hərəkatı İctimai Palatada təmil edilirmi?

Bəli hesab edirəm edilir.


- İctimai Palatada Hərəkatı neçə üzv var?

- Palatanın üzvü kimi azda olsa 3 nəfər Hərəkat üzvümüz var. Onlardan biri mən, digəri Cavid bəy Şirəliyev və bir sıravi üzvümüz var.

- İctimai Palatanın indiyə qədər keçirdiyi mitinqlərin ümumi təşkilatçılığı nə dərəcədə qənaətbəxşdir?

- Mitinqlərdə ümumiyyətlə koordinasiya həmişə zəif olur. İnsanlar bir yerə toplaşa bilmir, qruplar şəkilində parçalanır. Mitinqlərin mərkəzləşdirilmiş idarəetməsi yoxdur. Bununda özünün ayrılıqda abyektiv və Subyektiv səbəbləri var. Normal cəmiyyətlərdə Müxalifətə düşmən gözü ilə baxılmır, müxalifətə cəmiyyətin bir parçası kimi baxılır. Müxalifət hətda dövlət tədbirlərinə çağrılır. Ümummilli məsələlərdə müxalifətlə iqtidar arasında dialoq olur, müxalifətçilər təziqlə üzləşmir, ali məktəblərdən xaric edilmir, işdən qovulmur, həbs edilmir. Çoxlu misallar çəkmək olar. Bizdə bunların heç biri yoxdur. Müxalifətçilərin çox böyük ehtimalla telefon danışıqları dinlənilir. Təyin olunmuş yerə mitinqçi gələnə qədər polis o, təyin edilmiş meydanı mühasirəyə alır və mitinqçini evindən çıxan zaman həbs edir. Bu gür təcrübələr var. Hətda mitinq təyin edən siyasi qüvvənin sıravı üzvüləri mitinqdən bir neçə gün qabaq “aftoşluq”da, “Xuliqanlıq”da ihtiham olunaraq sutkalıq həbsə göndərilir… Bunların hamısı yalnız və yalnız anormal cəmiyyətdə olan hadisələrdir. Məndə birinci növbədə bir vətəndaş kimi Azad və Ədalətli dövlətdə yaşamaq istərdim. Amma nə yazıqlar ki, bu gün bu mümkünsuzdür. Misal üçün Türkiyədə bu yaxınlarda seçkilər oldu. Elə bir seçki kampaniyası təsəvvür edə bilərsiniz burda olsun? Mən çox arzulayıram olsun! İnşallahda olacaq. Sizin sualınıza konkret toxunsaq mitinqin uğursuz alınmasının əsas səbəbi polisin öz səlahiyyətlərini aşması ilə bağlıdır. Qanunla nəzərdə tutulan qabaqlayıcı tədbirlərdən çox sərt formada istifadə etməsi və yersiz olaraq öz səlahiyyətlərini aşması ilə əlaqədardı. Umumilikdə xalqımızda müəyyən məsələlərdə passiv mövqe tutur. Bu da arzu olunmazdı. Hərdən mənə elə gəlir ki, Azərbaycan vətəndaşı öz taleyinə biganə yanaşır.

- İctimai Palata hər dəfə müraciət edəndə onların təklif etdikləri yerlərdə icazə verilmir. Bibiheybətdə, ya da Zığ şosesində yer ayrılır. İqtidar düşərgəsi isə bunu əsaslandırarkən deyir ki, əgər İP-nın sosial bazası varsa, insanlar oraya da toplaşar. Buna münasibətiniz necədir?


- Əslində, sərbəst toplaşma azadlığı odur ki, harada istəsən toplaşa bilərsən. Yəni, burada kimdənsə icazə almağa ehtiyac yoxdur, qanunda belə bir şey yoxdur. Deyirlər ki, asayişi pozduqları üçün məsələn Fəvvarələr Meydanında keçirilməsinə icazə vermirlər. Halbuki, Avroviziyadakı qələbəni qeyd etmək üçün Azadlıq meydanına yığışanlar ictimai asayişi pozmurdu, amma kimsə çıxıb özü fikrini söyləyirsə, bu ictimai asayişi pozmaq oldu? Və ya kimlərsə AXCP sədri Əli Kərimlinin evi qarşısında yığışıb onu təhqir edəndə asayiş pozulmur? Yəni, burada ikili yanaşma var. Birdə ki, əgər hesab edirlərsə İctimai Palatanın sosial bazası yoxdur qoy onda mitinqə Qələbə meydanında və ya Nərimanov meydanında icazə versinlər və görək kim haqlıdır. Fərziyə ilə siyasət meydanında danışmaq olmaz.

- Mitinqlərdə həbs olunan gənclərlə bağlı nə düşünürsünüz?

- Əlbəttə ki, siyasi baxışlarına görə həbslərə normal baxmıram. İnanıram ki, yaxın vaxtlarda çıxacaqlar. Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Cabbar Savalanlı, Rüfət Hacıbəyli, Bəxtiyar Hacıyev və digərləri çox qabilyətli insanlardır, şəxsəndə mənim xətrini istədiyim ləyaqətli əqidə adamlarıdırlar. Digər adını çəkmədiyim insanlarıda bu katiqoriyaya aid edirəm. İnanıram ki, qardaşlarım yaxın vaxtda çıxacaqlar. Allah hamısının qapısını açsın.

- İndiyə qədər siyasi məhbusların azadlığa çıxması üçün hansı işlər görülüb?

- Mən Hüquq Müdafiəçisi olaraq digər Hüquq Müdafiəçilərilə bircə lazım bildiyimiz bütün işləri görmüşük. Öncədən nəsə demək istəmirəm. İnşallah nəticəsi göz qabağında olacaq.


- Artıq 20 ilə yaxındır ki, müxalifət iqtidara gələ bilmir. Bir gənc siyasətçi kimi bunun səbəbini nə də görürsən?

Azad rəqabət olmadığı halda, seçkilər saxtakarlaşdığı halda bu suala cavab vermək olmaz. Demokratik seçki keçirilərsə nəticəsi tamam başqa olar. Hesab edin ölkədə heç bir maşın yarışı müsabiqəsi keçirilmir biz də 013 nömrəli maşının niyə qalib ola bilməməsini müzakirə edirik. Bu nə dərəcədə doğrudur? Haçan yarış oldu ki, 013 nömrəli maşın qalib gəlmədi?

- Müxalifətin uğur qazana bilməməsini onların liderləri ilə bağlamaq olar? Bəlkə onlar getməlidir, dəyişməlidir?

Əslində müəyyən həqiqət var bu fikirdə. Misal üçün Türkiyədə CHP sədri dəyişdi və dəyişən sədr partiyaya uğur gətirdi. Hesab edirəm müxalifət liderləri bacardıqları qədər gənclərə dəstək olmalıdırlar. Olurlarda. Amma bu dəstəyi daha da artırmaq olar. Bilirsiniz bu gün əslində sözün əsl mənasında Azərbaycana yeni bir Elçibəy gərəkdi.

- Hicab qadağasına da etiraz olaraq aksiya keçirildi. Bunu necə qiymətləndirirsən?

Kimliyindən hansı düşüncəni daşımasından asılı olmayaraq hər bir vətəndaşın hüquqları qanunla müəyyən olunmuş qaydada qorunmalıdır. Mən Hüquq Müdafiəçisi kimi o, aksiyada da həbs edilənlərin zorakılığa məruz qalmasını pisləmişəm.

İdeoloji cəhətdən özünüzü harda görürsünüz?

Qısa cavab verəcəm. Mən özümü Əbülfəz Elçibəyin əsgəri sayıram. Dinim İslamdır, Millətim Türk!

-Bir azda özünüzdən danışın. Necə oldu siz ictimai-siyasi işlərlə məşğul olmağa başladınız?

Bilirsiniz bunun tarixi 8 il bundan qabağa gedir. 2003-cü il prezident seçkilərindən sonra insanların, Azadlıq meydanında başlarına gələnləri görüb bu məsələyə biganə qalmaq olmazdı. Sonra 2005-ci ilin 26 noyabr aksiyasında olan vəşilik. Elə həmin məsələlər məni ictimai-siyasi fəaliyyətə başlamağıma səbəb oldu. Gördüyüm, müşahidə etdiyim ədalətsizliklər. Bu gündə çalışıram ki, mitinqlərdə insanlar vəşiliklə və zorakılıqla üzləşməsin. Həmdə mən balaca olandan ailəmiz siyasiləşmişdi. Rəhmətlik nənəm Əbülfəz Elçibəylə çox yaxın dost idilər. (Allah hər ikisinə rəhmət eləsin) Amma buna baxmayaraq nənəm Komunist idi və partiyadan getmək fikridə yox idi. Əbülfəz bəylə müstəqillik məsələlərində tam razı olsada ideoloji cəhətdən Əbülfəz bəylə razılaşmadığı məsələlər var idi. Əslində bu özüdə demokratiyanın təntənəsi idi.

-Hansı müxalifət lideri ilə münasibətiniz var?

Demek olar ki, hamısı ilə. Əli Kərimli, İsa Qəmbər, Mirmahmud Ağa, İsgəndər Həmidov, Evəz Temirxan, Sabir Rüstəmxanlı, Fərəc Quliyev və adını çəkmədiyim digər liderlərlə. Mən onların hamısını çox istəyirəm və qürur duyuram. Onlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və Azərbaycanın müstəqilliyinə nail olmuş insanlardı. Ola bilər kimlərinsə hansısa zamanda etdiyi səyflər olub. Amma onlar mənim üçün Əbülfəz Elçibəyin əsgərləridir, silahdaşlarıdır və Azərbaycan Müstəqilliyinin qurucularıdırlar.

-Beynəlxalq təşkilatların bəyanatları, təziqləri varmı?

Bilirsiniz mən tam müstəqil bir dövlətin vətəndaşı olmaq istəyirəm. Mən Gürcüstan vətəndaşı kimi yaşam tərzinidə bəyənmirəm. Hansısa bir dövlətin əlində oyuncaq olmaq istəmərəm. Gəlin məsələyə belə baxaq. Bir neçə il bundan qabaq Ermənistanda qanlı aksiylar oldu. Hansı beynəlxalq təşkilar Ermənistana qarşı sərt bəyanat verdi? Hansı Beynəlxalq təşkilat Ermənistanla bağlı qətnamə qəbul etdi? Hansı beynəlxalq qrum Ermənistana sanksiya tətbiq etdi? Heç biri. Eləcədə bu ilin May ayında Gürcüstanda olan hadisələrdə ölən oldu. Hansı beynəlxalq qrum və ya təşkilat yuxarida sadaladıqlarımı Gürcüstana etdi? Yənə də heç birini. Mən başa düşə bilmirəm bəy Azərbaycanda niyə bir hadisə olan kimi müəyyən beynəlxalq qüvvələr hərəkətə keçir. Niyə ikili standartla yanaşırlar Azərbaycana? Mən hesab edirəm ki, müəyyən beynəlxalq qüvvələr Azəbaycan xalqının Demokratiya mücadiləsindən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və dövlətimizi şantaj edir. Xalqımızın demokratiya uğrunda apardığı mubarizəsindən beynəlxalq qrumlar öz dövləti maraqları üçün istifadə edir. Nəticədə də demokratiya mücahidləri həbs edilir, heç bir irəliyə doğru addım atılmır.Mən Azərbaycan xalqının apardığı Demokratik mübarizədən Beynəlxalq qrumların faydalanma cəhdlərini pisləyirəm. Onlar əgər səmimidilərsə rial kömək eləsinlər. Xalqımın mübarizəsi hesabına alver yox! Mən inanıram ki, iqtidarla müxalifət arasında dialoq olacaq və bütün problemlər həll ediləcək. Biz xoşbəxt insanıq. Ona görə xöşbəxt özümüzü hesab etməliyik ki, Azərbaycan İqtidarı ilə Azərbaycan Müxalifəti Umummilli məsələlərdə ortaq mövqedən çıxış edə bilirlər. Beynəlxalq qrumlar həmin qrumlardı ki, istər 2003-cü il prezident seçkilərindən, istər 2005-ci il parlament seçkilərindən, istər 2008-ci il prezident seçkilərindən istərsədə referendumdan və son parlament seçkilərindən sonra Azərbaycanın demokratiyaya bir addım yaxınlaşması haqqında bəyanatlar veriblər. Amma bu addım-addım yaxınlaşma yox , Azərbaycanı demokratiyadan addım-addım uzaqlaşdırıb. Mən Həmin Beynəlxalq qrumların semimiyyətinə niyə inanmalıyam? Ona görə də İqtidarla Müxalifət öz fəaliyyətlərini alver predmetinə çevirməməli və öz problemlərini elə daxildə həll etməlidirlər. Bu mənim subyektiv fikirimdir.

Söyləyirsiniz ki, siz öz qüvvənizi payıza saxlamısınız. Artıq Facebookda sizində həmsədri olduğunuz Azərbaycan EL Hərəkatı tərəfindən sentiyabr ayının 28-29-30-na davamlı kütləvi aksiyalar barədə tədbir elan edilib. Artıq qosulanlarda var. Bu günlərdə isə İran xəbər saytları Qərbin payıza hazırlaşdığı və Azərbaycanda İnqilabın ikinci dalğasının olacağı barədə məlumatlar yayıblar. Nə dərəcədə doğrudur?


Bəli belə bir tədbir facebookda elan edilib. Artıq 200-dən artıq vətəndaş qoşulacağını 100-dən çox insane isə vaxtı olarsa qoşulacağını bildirib. Bu aksiyalar sentyabrın sonuna qədər Siyasi Məhuslar azad edilməyəcəyi halda keçiriləcəkdir. Bu mitinqlər Azərbaycan El Hərəkatının təşəbbüslüyü ilə elan edilsədə bu aksiya Azərbaycan El Hərəkatının aksiyası deyil. Bu aksiyalar Müsavatın, AXCP-nin, ADP-nin, AMİP-in, AMDP-nin və qisası bütün cəmiyyətin aksiyası olacaq. Biz inanırıq ümid edirik ki, Sentyabrin sonuna qədər bütün siyasi məhbuslar azad ediləcək və bu aksiya təxirə salınacaq. Yox əks halda məsələ partiyalarla məsləhətləşiləcək və zərusi qərar qəbul ediləcək. Bu aksiyaların isə nə qərbə nə də Şərqə heç bir dəxli yoxdur. Biz xalq olaraq nəyəsə qərar versəq Qərbli-Şərqli hamı bizim verdiyi qərara hörmətlə yanaşacaq.

воскресенье, 10 июля 2011 г.

VİCDAN MƏHBUSLARINA AZADLIQ!


Hamınızı 28-29-30 sentiyabr 2011-ci il tarixlərində Saat 15-00-dan 18-00-dək Fəvvarələr meydanında keçiriləcək davamli mitinqlərə dəvət edirik. Bu mitinqlər SİYASİ MƏHBUSLAR azad edilməyəcəyi halda keçiriləcəkdir!
Məhz Fəvvarələr Meydanında niyə? Ona görə ki, VİCDAN MƏHBUSLARI məhz bu meydanda əsassız olaraq həbs ediliblər!

Ey Azərbaycan Xalqı, Ey Uca Türk Gəncliyi səni bir olmağa və Mübarizənin önündə olmağa çağırırıq. Biz bir yerde daha güclüyük!
Qələbənin, Azadlığın və Haqqın Qurulacağı gündə Bir Olaq!
Hamı Haqq və Ədalət uğrunda Mitinqə!

Mitinq Azərbaycan EL Hərəkatı Tərəfindən təklif edilib.Təşkilatkı: XALQIMIZ OLACAQ!

Bu aksiya Sizin aksiyanızdır, Bu aksiya Bütün Siyasi Qüvvələrin Aksiyasıdır, Bu aksiya Xalqın Aksiyasıdır!
asıdır!

воскресенье, 26 июня 2011 г.

Dövlət ali təhsil müəssisələrində ödəniş haqlarının artırılması ilə bağlı Azərbaycan EL Hərəkatı etiraz bəyanatı verib. Bəyanatda deyilir:


“Bu qərar faktiki olaraq vətəndaşları təhsil almaq hüququndan məhrum edir”

Azərbaycan hökuməti vətəndaşların təhsil almaq imkanlarını zərbəə altında qoyaraq dövlət ali məktəblərində ödənişlərin artırılmasına qərar verib. Yeni tədris ilindən etibarən dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alan tələbələrimiz bir neçə qat artıq vəsait ödəməli olacaqlar. Fakultələrdən asılı olaraq təhsil haqları 300 manat 1500 manat arası artıb. Hazırda ölkədə ən aşağı təhsil haqqı 900 manat, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.
Azərbaycanda dövlət ali məktəblərində təhsil alan tələbələrin 60 faizə qədəri ödənişli əsaslarla təhsil alır. Ölkədə orta aylıq əmək haqqının 300 manat civarında olduğunu nəzərə alsaq, bu 60 faizə qədər tələbənin təhsil haqlarını ödəməkdə nə qədər çətinlik çəkdiyini aydın təsəvvür etmək olar. İndi onların çətinliyi hökumətin məsuliyyətsiz qərarı ilə daha da artmış olacaq.
Maliyyə imkanlarının genişliyi ilə öyünən bir hökumətin, guya büdcə gəlirlərinin artımı qayğısına qalırmış kimi, xüsusən də əhalinin imkansız təbəqəsinə ağır zərbə olan qərara qol qoyması heç bir mənəvi prinsipə sığmır. Hökumət bu qərarı ilə onsuz da tam keyfiyyətli təhsil verə bilmədiyi vətəndaşlarının ali məktəblərə qəbulunun qarşısında ciddi maneə yaratmış olur. Bu qərar faktiki olaraq vətəndaşları təhsil almaq hüququndan məhrum etmək deməkdir.
Neft gəlirlərini insan kapitalına çevirməyə başladığını bəyan edən hökumət əlbəttə ki, təhsilə, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin təhsil ala bilməsi qayğısına qalmalıdır. Lakin indiki halda Azərbaycan hökuməti öz bəyanatlarının əksinə olaraq, təhsilin keyfiyyəti qayğısına qalmır, üstəlik lüzumsuz ödəniş artımı ilə vətəndaşların ali məktəblərə yolunu da bağlayır.
Hökumət bu qərarla büdcə vəsaitlərinin qayğısına qalmaq, yaxud tahsil müəssisələrinin maliyyələşmə imkanlarını artırmaq istədiyini iddia edə bilməz. Çünki belə bir istək olsaydı, məmurların dövlətdən milyonlarla vəsaiti oğurlamasının qarşısı alınar, büdcə pulları hər hansı perspektiv faydası olmayan təmir-tikinti layihələrinə real dəyərindən dəfələrlə artıq məbləğdə rəsmiləşdirilməklə xərclənməzdi. Hökumət öyündüyü geniş maliyyə imkanlarından təhsil müəssisələrinin duyduqları zəruri ehtiyacları ödəmək üçün yararlanardı.
Azərbaycan EL Hərəkatı dövlət ali məktəblərində təhsil haqlarının artırılması qərarını qətiyyətlə pisləyir və hökuməti öz qərarına yenidən baxmağa çağırır.

Ağasif ŞAKİROĞLU hərbçilərimizi təbrik etdi!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 93 il əvvəl müntəzəm hərbi birləşmələrin yaranması barədə qərar qəbul etmiş və Azərbaycan Ordusu yaradılmışdır. Bu Ordu Azərbaycanın ərazi bütövlüyü uğrunda Xosrov bəy Soltanov və Fətəli Xan Xoylunun rəhbərliyi altında böyük  rəşadətlər göstərmişdir.
Azərbaycan Respublikası Dövlət Müstəqilliyini ikinci dəfə bərpa edərkən 1992-ci ilin 9 oktyabrında ilk nizami hərbi birləşməsini yaradaraq, Azərbaycan Silahlı Qüvvələrini bərpa etmişdir. Bu ordu da varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələri kimi, rəşadətli döyüş yolu keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bu bayram münasibətilə təbrik edir, hazırda işğal altında olan torpaqlarımızda qələbə marşı oxumağı arzu edirəm. Bunun üçün lazım olan yüksək döyüş hazırlığına, intizama və xidmət şəffaflığına bir gün nail olacağımıza inanıram.
Bir daha Sizi təbrik edir, döyüşçü şərəfinizi daim qorumağı arzu edirəm........

Böyük Hörmət və Ehtiramla:
Azərbaycan EL Hərəkatının həmsədri Ağasif ŞAKİROĞLU


среда, 22 июня 2011 г.

Dostum, qardaşım, əqidə yoldaşım Tural Abbaslıya AZADLIQ!

AZADLIQ!