Поиск по этому блогу

воскресенье, 26 июня 2011 г.

Ağasif ŞAKİROĞLU hərbçilərimizi təbrik etdi!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 93 il əvvəl müntəzəm hərbi birləşmələrin yaranması barədə qərar qəbul etmiş və Azərbaycan Ordusu yaradılmışdır. Bu Ordu Azərbaycanın ərazi bütövlüyü uğrunda Xosrov bəy Soltanov və Fətəli Xan Xoylunun rəhbərliyi altında böyük  rəşadətlər göstərmişdir.
Azərbaycan Respublikası Dövlət Müstəqilliyini ikinci dəfə bərpa edərkən 1992-ci ilin 9 oktyabrında ilk nizami hərbi birləşməsini yaradaraq, Azərbaycan Silahlı Qüvvələrini bərpa etmişdir. Bu ordu da varisi olduğu Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələri kimi, rəşadətli döyüş yolu keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bu bayram münasibətilə təbrik edir, hazırda işğal altında olan torpaqlarımızda qələbə marşı oxumağı arzu edirəm. Bunun üçün lazım olan yüksək döyüş hazırlığına, intizama və xidmət şəffaflığına bir gün nail olacağımıza inanıram.
Bir daha Sizi təbrik edir, döyüşçü şərəfinizi daim qorumağı arzu edirəm........

Böyük Hörmət və Ehtiramla:
Azərbaycan EL Hərəkatının həmsədri Ağasif ŞAKİROĞLU